Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 113    Bakı şəhəri, 18 mart 2019-cu il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”nın təsdiq edilməsi və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi haqqında” 2005-ci il 31 mart tarixli 58 nömrəli və “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında 
“Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 8.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”nın təsdiq edilməsi və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 263; 2007, № 2, maddə 192; 2010, № 3 maddə 257, № 8, maddə 755, № 12, maddə 1128; 2015, № 10, maddə 1242) aşağıdakı dəyişikliklər edilsin:
1.1. Adında və 1-ci hissəsində “və texnoloji avadanlıqların” sözləri “, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının” sözləri ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları” üzrə:
1.2.1. adında “və texnoloji avadanlıqların” sözləri “, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının” sözləri ilə əvəz edilsin;
1.2.2. 1-ci hissəsində “(bundan sonra – texnika və texnoloji avadanlıqlar)” sözləri “, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının (bundan sonra – texnika)” sözləri ilə əvəz edilsin;
1.2.3. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 4-cü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, texnikanın satışı və lizinqinə dövlət büdcəsinin vəsaiti hesabına tətbiq edilən güzəştlər həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq maliyyələşdirilir.”;
1.2.4. 2-4-cü və 6-10-cu hissələrdə ismin müvafiq hallarında “texnika və texnoloji avadanlıqlar” sözləri ismin müvafiq hallarında “texnika” sözü ilə əvəz edilsin.
2. “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 872; 2013, № 7, maddə 881; 2015, № 2, maddə 227; 2016, № 1, maddə 168; 2017, № 7, maddə 1476) aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:
“6. Bu Qərarın 1.1.3-cü yarımbəndi 2020-ci il yanvarın 1-dək qüvvədədir.”.

 

Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin