Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 107 Bakı şəhəri, 18 mart 2019-cu il
 
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1433-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 454 nömrəli Fərmanının 1.5.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətlən-dirilməsi Qaydası” təsdiq edilsin (əlavə ­olunur).
 
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri
 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2019-cu il  18 mart

  tarixli 107 nömrəli  Qərarı  ilə

təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş  halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi

 

Q A Y D A S I

 

  1.  Ümumi müddəalar

 

1.1. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası” (bundan sonra - Qayda) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 51.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarının satınalan təşkilatla malgöndərən (podratçı) arasında imzalanmış müqaviləyə təsirinin qiymətləndirilməsi qaydasını tənzimləyir.

1.3. Bu Qayda satınalan təşkilatla malgöndərən (podratçı) arasında imzalanmış müqavilədə nəzərdə tutulan və ya onun mahiyyətindən irəli gələn ayrı qaydalarla bağlı hallara şamil olunmur.

1.4. Bu Qayda yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi baş verən vaxt icrası başa çatmamış müqavilələrə şamil olunur.

 

2. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin satınalma

müqaviləsinə təsirinin qiymətləndirilməsi barədə məsələ qaldırılması

 

2.1. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi malların (işlərin və xidmətlərin) qiymətlərinin azalmasına səbəb olduqda – satınalan təşkilat dəyişikliyin baş verdiyi gündən 20 bank günü müddətində malgöndərən (podratçı) qarşısında qiymətlərə yenidən baxılması barədə məsələ qaldırır.

2.2. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi malların (işlərin və xidmətlərin) qiymətlərinin artmasına səbəb olduqda -  malgöndərən (podratçı) dəyişikliyin baş verdiyi gündən 20 bank günü müddətində satınalan təşkilat qarşısında qiymətlərə yenidən baxılması barədə məsələ qaldıra bilər.

2.2. Qiymətlərə yenidən baxılması barədə məsələ ilə bağlı tərəflər öz qərarı barədə 20 bank günü müddətində qarşı tərəfə rəsmi məlumat verir.

 

3. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin satınalma

müqaviləsinə təsirinin qiymətləndirilməsi

 

3.1. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin satınalma müqaviləsinə təsiri yalnız malların (işlərin və xidmətlərin) təchizatı qrafiki üzrə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin baş verdiyi tarixdən sonra təchiz ediləcək mallar (işlər və xidmətlər) üzrə qiymətləndirilir.

3.2. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi məqsədi ilə satınalan təşkilat şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin baş verdiyi tarixdən sonra təchiz ediləcək malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin hesablanması üsullarından birinə uyğun hesablayır.

3.3. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi qiymətlərin artımına səbəb olduqda, malgöndərənin (podratçının) günahı ucbatından vaxtında təchiz olunmamış mallar (işlər və xidmətlər) üzrə qiymətləndirmə aparılmır.

3.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi qiymətlərin azalmasına səbəb olduqda, malgöndərənin (podratçının) günahı ucbatından vaxtında təchiz olunmamış mallar (işlər və xidmətlər) üzrə də qiymətləndirmə aparılır.

 

  1.  Yekun müddəalar

 

4.1. Satınalan təşkilatla malgöndərən (podratçı) arasında imzalanmış müqavilənin icrası zamanı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsini əsaslandıran sənədlər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 54.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə satınalan təşkilatda saxlanılır.

4.2. Satınalan təşkilatla malgöndərən (podratçı) arasında imzalanmış müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlmədiyi  hallar  Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.2-ci maddəsi ilə tənzimlənir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə