Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 105 Bakı şəhəri, 18 mart 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, dövlət büdcəsinin tərtibi prosesinin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 391; 2005, № 4, maddə 377, № 6, maddə 548; 2007, № 2, maddələr 197, 201; 2008, № 2, maddə 105, № 9, maddə 862; 2009, № 11, maddə 936; 2012, № 1, maddə 44; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 9, maddə 1596; 2017, № 6, maddə 1237, № 10, maddə 1934, № 11, maddələr 2153, 2159; 2018, № 4, maddə 782, № 10, maddə 2181, № 12 (II kitab), maddə 2750) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na aşağıdakı məzmunda 3.7-1-ci bənd əlavə edilsin:
“3.7-1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cari ilin sentyabr ayının 25-dən gec olmayaraq növbəti il üçün proqnozlaşdırılan büdcə xərclərinin iqtisadi və inzibati təsnifatlar üzrə bölgüsü barədə bu Qaydaların əlavəsi ilə müəyyən edilmiş forma üzrə məlumatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.”.
 
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri
 
 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə