Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 103        Bakı şəhəri, 15 mart 2019-cu il
 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 18 mart tarixli 50 nömrəli və “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 3, maddə 261; 2011, № 9, maddə 858; 2013, № 3, maddə 335, № 10, maddə 1229, № 11, maddə 1464; 2016, № 12, maddə 2239; 2017, № 4, maddə 641; 2018, № 11, maddə 2428) ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın Əlavəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. “060913” sətrində “2” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin;

1.2. “060915” sətrində “Terapiya” sözü “Daxili xəstəliklər” sözləri ilə əvəz edilsin;

1.3. “060921” sətri ləğv edilsin;

1.4. “060922” sətrində “Allerqologiya” sözü “Allerqologiya və immunologiya” sözləri ilə əvəz edilsin;

1.5. “060933” sətri ləğv edilsin;

1.6. “060937” sətrində “Mikrobiologiya” sözü “Tibbi mikrobiologiya” sözləri ilə əvəz edilsin;

1.7. “060939” sətrində “Genetika” sözü “Tibbi genetika” sözləri ilə əvəz edilsin;

1.8. “060940” sətrindən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin:

 

060941

Ailə təbabəti

2 il

060942

Nüvə təbabəti

4 il

060943

Endodontiya

3 il

060944

Parodontologiya

3 il

060945

Restorativ stomatologiya

3 il

060946

Ortopedik stomatologiya

3 il

060947

Uşaq stomatologiyası

3 il

060948

Ortodontiya

3 il

060949

Uşaq və yeniyetmə psixiatriyası

3 il

060950

Neonatologiya

4 il

060951

Uşaq endokrinologiyası

4 il

060952

Uşaq kardiologiyası

4 il

060953

Uşaq nefrologiyası

4 il

060954

Uşaq nevrologiyası

4 il

060955

Uşaq qastroenterologiyası

4 il

060956

Uşaq urologiyası

5 il

060957

Uşaq yoluxucu xəstəlikləri

4 il

060958

Uşaq ürək-damar cərrahiyyəsi

5 il

 

 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 568; 2012, № 4, maddə 388, № 5, maddə 492; 2013, № 3, maddə 331, № 8, maddə 1003; 2015, № 6, maddə 787; 2016, № 3, maddə 620; 2017, № 2, maddə 289, № 3, maddə 492, № 9, maddə 1735; 2018, № 2, maddə 359) ilə təsdiq edilmiş “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. “060915” sətrində “Terapiya” sözü “Daxili xəstəliklər” sözləri ilə əvəz edilsin;

2.2. “060921” sətri ləğv edilsin;

2.3. “060922” sətrində “Allerqologiya” sözü “Allerqologiya və immunologiya” sözləri ilə əvəz edilsin;

2.4. “060933” sətri ləğv edilsin;

2.5. “060937” sətrində “Mikrobiologiya” sözü “Tibbi mikrobiologiya” sözləri ilə əvəz edilsin;

2.6. “060939” sətrində “Genetika” sözü “Tibbi genetika” sözləri ilə əvəz edilsin;

2.7. “060940” sətrindən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin:

 

060941

Ailə təbabəti

060942

Nüvə təbabəti

060943

Endodontiya

060944

Parodontologiya

060945

Restorativ stomatologiya

060946

Ortopedik stomatologiya

060947

Uşaq stomatologiyası

060948

Ortodontiya

060949

Uşaq və yeniyetmə psixiatriyası

060950

Neonatologiya

060951

Uşaq endokrinologiyası

060952

Uşaq kardiologiyası

060953

Uşaq nefrologiyası

060954

Uşaq nevrologiyası

060955

Uşaq qastroenterologiyası

060956

Uşaq urologiyası

060957

Uşaq yoluxucu xəstəlikləri

060958

Uşaq ürək-damar cərrahiyyəsi

 

3. Bu Qərar 2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minir.

 

Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri

 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin