Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlətin insan hüquqlarına verdiyi önəmin göstəricisi

Dövlətin insan hüquqlarına verdiyi önəmin göstəricisi

Ombudsmanın vəsatəti əsasında indiyədək icra olunan əfv sərəncamları ilə, ümumilikdə, 692 məhkum əfv olunub. Sevindirici haldır ki, bu il də Novruz bayramı ərəfəsində ölkə Prezidenti Ombudsmanın vəsatəti əsasında 54 məhkumu azad etdi. Bu sözləri “Xalq qəzeti”nə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib.

 

A.Səfixanlı qeyd edib ki, əfv sərəncamlarının verilməsi dövlətin üzərinə qoyulmuş bir vəzifə deyil. Bu, dövlətin humanist, insan hüquqlarına hörmət siyasətindən irəli gəlir. Dövlət başçısının 2019-cu ildə imzaladığı sərəncam son 24 il ərzində sayca 65-cisidir. Biz mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə baxışlar həyata keçiririk və məhkumların şəraiti ilə yaxından tanış oluruq. Dünya təcrübəsində əfv olunma təcrübəsi, demək olar ki, yoxdur. Əfv sərəncamı dövlət başçısının humanist siyasətinin göstəricisidir.
Ombudsman təmsilçisi əlavə edib ki, həyata keçirilən humanist siyasətin davamı olaraq məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli sərəncamı 431 nəfərə şamil olunub:
“Bu əfv sərəncamında azadlıqdan məhrum etmə və digər cəza növlərinə məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, eyni zamanda, ömürlük azadlıqdan məhrum edilmiş bir sıra şəxslərin cəzası müddətli azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub. Qeyd etmək istərdim ki, bu əfv sərəncamında Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin ölkə başçısına ünvanladığı vəsatətlər də nəzərə alınıb.
 
 
Hazırladı:
Anar TURAN, 
“Xalq qəzeti”
20 2019 02:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin