Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əfv sərəncamı milli həmrəyliyi daha da gücləndirəcək

Əfv sərəncamı milli həmrəyliyi daha da gücləndirəcək

Azərbaycan Prezidenti İlham Əliyev bu il martın 16-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Dövlətimizin başçısının Novruz bayramı ərəfəsində növbəti əfvə imza atmaqla, yüzlərlə ailəni sevindirməsi dərin razılıq hissi doğurub. Bu barədə söz düşəndə Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi Arif Məhidov dedi: 
– Mən dövlətimizin başçısı cənab İlham Əliyevin 431 nəfərin əfv olunması ilə bağlı sərəncam imzalaması haqqında xəbəri eşidəndə, təbii ki, çox sevindim. Hesab edirəm ki, möhtərəm Prezidentimiz bununla da humanizm prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. 
Bəllidir ki, ölkə Prezidentinin dövlətçilik fəaliyyətinin fəlsəfəsini hər bir Azərbaycan vətəndaşına diqqət və qayğı, həssas münasibət təşkil edir. Xatırlatmaq yerinə düşər ki, xalqımızın parlaq gələcəyinə xidmət edən bu müdrik siyasətin bünövrəsi müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi Heydər Əliyev tərəfindən qoyulub. Xoşbəxtlikdən, bu siyasi kurs bu gün ölkəmizdə böyük uğurla davam etdirilir. 
Bir məqamı da vurğulamaq istərdim. Son illər Azərbaycan Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində, o cümlədən məhkəmə-hüquq sahəsində köklü islahatlar aparılır. Nəticədə, cəza siyasəti humanistləşdirilir, insan hüquq və azadlıqları daha etibarlı şəkildə təmin ­olunur. Bəli, Azərbaycan dövləti sivil, demokratik dəyərlərə sadiqdir. 
Bizim uğurlarımız xalqla iqtidarın sarsılmaz vəhdəti, qarşılıqlı inam və etimad sayəsində mümkün olur. Azərbaycan cəmiyyətində milli həmrəylik hökm sürür. Düşünürəm ki, möhtərəm Prezidentimizin əfv sərəncamı cəmiyyətdə milli həmrəyliyi daha da gücləndirəcək. 

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI,“Xalq qəzeti”

20 2019 02:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə