Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərhəmət və insanpərvərlik nümunəsi

Mərhəmət və insanpərvərlik nümunəsi

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanda demokratikləşmə ilə bərabər, cəmiyyətimizin bütövlüyünə xidmət edən humanizm ənənələrinin də təməli qoyulub. Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən bu prinsiplər yüksək səviyyədə reallaşdırılıb. Son 16 ildə möhtərəm Prezidentin əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini gerçəkləşdirməsi, mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən ­çıxış edərək cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini ­yaşatması bunun bariz ifadəsidir. 

Xatırladım ki, törətdiyi cinayət əməlindən peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlı müraciətlərini nəzərə alan dövlət başçısı tərəfindən 1995-ci ildən indiyədək müvafiq fərman və sərəncamlarla 8 minə yaxın, qəbul olunmuş amnistiya aktları ilə 30 minə yaxın şəxs azadlığa buraxılıb. Əfv edilənlər sırasında dövləti cinayətlərə, dövlətin və xalqın maraqlarına zidd əməllərə görə həbs olunanlar da az olmayıb.
Burada onu da qeyd etmək istərdim ki, hələ 2007-ci ildə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar da ulu öndərin əsasını qoyduğu humanizm ənənələrinin davamının əyani təcəssümü idi. Ulu öndərin anadan olmasının 84 illiyi münasibətilə qəbul edilən həmin amnistiya qərarı ilə 9 mindən artıq məhkum bağışlanmışdı. 
Yeri gəlmişkən, cənab ­Prezident cəmiyyətdə hər zaman barışın tərəfdarı olub, problemlərini dialoq müstəvisində həllini diqqət mərkəzində saxlayıb, xalqla iqtidar arasında birliyi möhkəmləndirməyə, xalqla bir yerdə olmağa, onun maraqlarını ifadə etməyə, çətinliklərini aradan qaldırmağa üstünlük verib. Bütün bunlarla bərabər, hər bir vəzifəli şəxsdən vətəndaşların müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasını tələb edib. Bu sahədə ölkə rəhbəri özü onlara nümunə göstərib, paytaxt Bakıda, regionlarda insanlarla sıx ünsiyyət qurub, onların dərd-sərilə ciddi şəkildə maraqlanıb, eyni zamanda, dövlət orqanlarından xidmətlərin keyfiyyətinin artırılmasını mühüm vəzifə kimi ­qarşıya qoyub. Bax, cinayət törədən, sonradan isə əməlindən peşmançılıq hissi keçirən yüzlərlə məhkumun əfvlə bağlı müraciətinə diqqətlə yanaşması, onları əvf edərək azad cəmiyyətə və normal həyata qayıtmaları üçün şərait yaratması da cənab İlham Əliyevin mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən irəli gəlib.
Bütün bunlar barədə çox danışmaq olar. Sadəcə onu bildirim ki, Azərbaycan Prezidenti tərəfindən xalqımızın ən əziz bayramlarından olan Novruz ərəfəsində dövlətimiz tərəfindən atılan sosialyönümlü addımlar, xalqın rifahı üçün verilən qərar və sərəncamlar, həmçinin əfv fərmanı hər bir azərbaycanlı ailəsinin bayram sevincini, bayram ovqatını daha da artırıb, xalqa əsl bayram ovqatı yaşadıb. Eyni zamanda, respublikamızın humanizm prinsipləri əsasında dinamik inkişaf yolu seçdiyini bir daha dünyaya nümayiş etdirib. 
Prezidentin sonuncu sərəncamı ilə əfv olunanlar inanıram ki, dövlətin onlara etimadını doğruldacaq, azadlığın qədrini qiymətləndirəcək, layiqli vətəndaş kimi cəmiyyət həyatına öz töhfələrini verəcəklər. 

 

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, professor, yazıçı-dramaturq

 

 

20 2019 02:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə