Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zaqatalada Novruz şənliyi

Zaqatalada Novruz şənliyi

Zaqatalalılar baharın gəlişini böyük sevinc və bayram əhval-ruhiyyəsi ilə qarşılayırlar. Xalqımızın tarixi qədər qədim, müqəddəs və əziz olan el bayramı münasibətilə Zaqatala qalasında Novruz şənliyi təşkil olunmuşdur.

Tədbirdə Zaqatala Rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
Novruz şənliyinin əvvəlində Bahar qızı, Kosa və Keçəl faytonla zurna, nağaranın musiqi sədaları altında rayonun girəcəyindən şənliyin keçirildiyi Zaqatala qalasına doğru hərəkət etmişlər. Yolboyu zaqatalalıları salamlayan Bahar qızı yurdumuza yazın gəlişi münasibəti ilə insanları təbrik etmiş, hamını el şənliyinə səsləmişdir.
Zaqatalalıların bu tarixi məkanında keçirilən el şənliyində bayram tonqalı qalanmış, rəsm əsərlərinin və sənətkarlıq nümunələrinin sərgisi təşkil olunmuş, qədim adət-ənənələrimiz nümayiş etdirilmişdir. At yarışları tədbirin rəngarəngliyini daha da artırmışdır. Bayram tədbirlərində incəsənət ustalarının, özfəaliyyət kollektivlərinin, xalq kəndirbazlarının və pəhləvanlarının çıxışları, eləcə də ayrı-ayrı kəndlərimizin milli adət-ənənələri, mətbəxtləri nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə minilliklər boyu formalaşan adət-ənənələrimizi qoruyaraq milli varlığımıza bolluq və bərəkət rəmzi kimi daxil olan Novruz bayramının ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunduğunu vurğulamış, Novruz bayramının ­UNESCO-nun dünya xalqlarının mədəni irs siyahısına daxil edilməsində ­Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tarixi xidmətlərini qeyd etmişdir. Daha sonra rayon rəhbəri  el bayramı münasibəti ilə bütün zaqatalalıları təbrik etmiş, hər kəsə cansağlığı, xoş günlər arzuladığını bildirmişdir.
Bir neçə saat davam edən el şənliyi hər kəsin ruhunu oxşamış, bayram ovqatını artırmışdır.

 

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

20 2019 02:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyun 2019 | 23:54
Daha bir humanist addım

Köhnə versiyamızdan xəbərləri izlə