Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell”dən daha bir addım

Yeni “Kabinetim” xidməti ilə nömrənizə onlayn nəzarət edin

“Azercell”dən daha bir addım

Hər zaman innovativ ideya və həll yolları ilə seçilən “Azercell” şirkəti abunəçilərinin istifadəsinə daha müasir dizayna malik olan “Kabinetim” şəxsi kabinet xidmətini təqdim edir. “Kabinetim” nömrə ilə bağlı əksər əməliyyatların şəxsən abunəçi tərəfindən vaxta qənaət edərək ən qısa zamanda icra edilməsini təmin edən virtual köməkçidir. 
Bu xidmət aşağıdakı əməliyyatların “Azercell” Müştəri Xidmətləri və ya Telefon Mərkəzinə müraciət etmədən onlayn icra edilməsi üçün imkan yaradır: 
– nömrənin balansı və internet balansı haqqında tam məlumat əldə edilməsi;
– mobil internet paketlərinin və rominq internet paketlərinin sifarışi, yenilənməsi və deaktiv edilməsi;
– nömrədə mövcud tarif paketin dəyişdirilməsi;
– nömrənin xəttinin idarə edilməsi
– nömrənin balansına son 6 ay ərzində edilən ödənişlərin izlənilməsi.
Əlavə olaraq “Kabinetim” vasitəsilə abunəçi nömrənin balansını artıra, sms göndərə, “Azercell”dən və 3-cü şirkətlərdən daxil olan sms yayımını dayandıra, “Xidmətlərim” bölümünə daxil olmaqla isə “Azercell”in rominq, kəscell, zənglərin yönləndirilməsi, Gizlətcell, Simurq xidmətləri üzərindən müxtəlif əməliyyatları icra edə bilər və sair. 
Qeyd edək ki, rəqəmsal dünyanın ən son yeniklərini tədbiq etməyi hədəfləyən “Azercell” yeni şəxsi kabineti adaptiv (“responsive”) dizaynda təqdim edir. Kabinet ekranın ölçüsünə görə həssas dizayna malikdir və istifadədə olan cihazın xüsusiyyətlərinə uyğun olaraq ekran və brauzer ölçüsünə avtomatik uyğunlaşır. “Kabinetim”in daha bir yeni xüsusiyyəti “Sürətli giriş”in, yəni birdəfəlik şifrə ilə kabinetə daxil olmanın mümkün olmasıdır.
“Kabinetim” tətbiqini Android və İOS istifadəçiləri aşağıdakı linkdə göstərilən təlimata əsasən öz smartfonlarına əlavə edib istənilən zaman digər mobil applikasiyalar kimi istifadə edə bilərlər: https://www.azercell.com/az/personal/services/selfservice/kabinetim/. 
İnanırıq ki, bir sıra əməliyyatların onlayn şəkildə icra edilməsi üçün imkan yaradan “Kabinetim” xidməti abunəçilərin gündəlik həyatlarını asanlaşdırmaqda faydalı olacaq. 

 

“Xalq qəzeti” 

 

20 2019 02:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə