Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Binəqədi rayonunda Novruz şənliyi

Binəqədi rayonunda Novruz şənliyi

Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə tədbir keçirilib. Mərasimdə rayon rəhbərliyi, Milli Məclisin deputatları, səfirliklərin nümayəndələri, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbirin əvvəlində ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud bayram münasibətilə rayon sakinlərini və qonaqları təbrik edərək Bahar bayramında ölkəmizə bol ruzi-bərəkət, əmin-amanlıq arzulayıb. 
Qonaqlar səməni ilə qarşılanıb, əbədi dostluq rəmzi olan duz-çörək kəsilib. Ayrı-ayrı regionları təmsil edən   çadırlarda qonaqlara və sakinlərə bölgələrin müxtəlif mədəni, tarixi nümunələri, milli geyimləri, turizm potensialı və mətbəx nümunələri təqdim edilib.  
Çadırların önündə  yerləşdirilən Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətində dərin iz buraxmış şəxsiyyətlərin  obrazları tədbir iştirakçılarının marağına səbəb olub. 
“Novruz gəlir” mahnısı, “Yallı” rəqs nümunələri, Novruz atributları Keçəl, Kosa və Bahar qızının, pəhlivanlar və kəndirbazların çıxışları da qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. 
Qədim ənənələrimizin canlandırıldığı şənlikdə Dədə Qorqud bayram tonqalını qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə dəvət edib. 

 

“Xalq qəzeti” 

 

20 2019 02:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyun 2019 | 23:58
Dünya sülh istəyir!

Köhnə versiyamızdan xəbərləri izlə