Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hulusi Akar: Yeni Zelandiyadakı terror aktı islamofobiyanın miqyasını nümayiş etdirir

Hulusi Akar: Yeni Zelandiyadakı terror aktı islamofobiyanın miqyasını nümayiş etdirir

Türkiyənin müdafiə naziri Hulusi Akar Çanaqqala döyüşünün 104-cü ildönünü ilə bağlı keçirilən təntənəli tədbirdə çıxışında bildirib ki, Yeni Zelandiyadakı terror aktı çağdaş dünyada islamofobiya və ksenofobiyanın miqyasını nümayiş etdirir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Nazirin fikrincə, həmin terror aktı türklərə və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı düşmənçiliyin bariz göstəricisidir. H.Akar Yeni Zelendiya məscidlərində dəhşətli terror aktının təşkilatçılarını və icraçılarını  qətiyyətlə pisləyərək deyib: “Bu, əvvəlcədən planlaşdırılmış və aşkar irqçi mahiyyət daşıyan  terror hadisəsidir. Bu rəzil cinayəti müdafiə edənləri qətiyyətlə pisləyirəm”. 
H.Akar hesab edir ki, Suriyanın şimal-şərqində Türkiyənin  nəzarətində olan təhlükəsizlik zonasının yaradılmasına kəskin ehtiyac yaranıb. Onun fikrincə, bu addım Fərat çayının şərq sahilində neqativ hadisələrin qarşısının alınması və Türkiyə dövlətinin təhlükəsizliyinin təmin olunması üçün vacibdir. 
Xatırladaq ki, bu il martın 15-də Yeni Zelandiyanın Kraystçerc şəhərində iki məsciddə ibadət zamanı müsəlmanlara qarşı ağır terror hadisəsi baş verib. Nəticədə, 50-dən çox insan ölüb, onlarla adam yaralanıb. 
Rəsmi Ankara hesab edir ki, Qərb dövlətlərinin rəhbərləri bu məsələdə ayrı-seçkiliyə yol verir, müsəlmanlara qarşı planlı şəkildə törədilmiş bu qanlı olaya qarşı kifayət qədər sərt mövqe nümayiş etdirmirlər. 

 

M.HACIXANLI, “Xalq qəzeti” 

 

 

20 2019 02:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə