Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

KXDR-də nüvə proqramı ilə bağlı aktivlik sezilib

KXDR-də nüvə proqramı ilə bağlı aktivlik sezilib

KBS telekanalının yaydığı məlumata görə, Cənubi Koreya hərbçiləri Şimali Koreya Xalq Demokratik Respublikası ərazisində (KXDR) nüvə proqramı ilə bağlı aktivlik qeydə alıblar. Bu barədə Cənubi Koreyanın milli müdafiə naziri Çon Gyon Du müdafiə məsələləri üzrə parlament komitəsində keçirilən iclasda məlumat verib.
İclasda Müdafiə Nazirliyinin KXDR üzrə siyasət departamentinin rəhbəri Kim Do Gyün də çıxış edib. O, son zamanlar Pxenyanın iki ölkə sərhədində təsadüfi toqquşmaların qarşısının alınması üzrə ötən il qəbul edilən hərbi sazişin şərtlərini dəfələrlə pozduğunu bildirib.
Onun sözlərinə görə, insidentlərin əksəriyyəti Şimal təmas xəttində qeydə alınıb. Kim Do Gyün müvafiq tədbirlərin görülməsi barədə dəfələrlə Pxenyana rəsmi nota göndərildiyini, lakin bir dəfə də olsun cavab almadıqlarını bildirib.

 

Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”

20 2019 02:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə