Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İranda gəmi batıb

İranda gəmi batıb

İranın cənubunda Hörmüzqan vilayətinin Şəhid Rəcayi (Bəndər-Abbas) limanında yüzlərlə konteyneri olan ticarət gəmisi batıb.
Gəminin limana yan alarkən batdığı bildirilir. Şahidlərin sözlərinə görə, gəmi batarkən ekipaj heyəti suya düşüb və ­onların öldüyü ehtimal edilir.
İranın Limanlar və Dənizçilik Təşkilatının sədr müavini Hadi Haqşünas bildirib ki, gəminin 14 nəfərlik ekipaj heyəti xilas olunub və bir nəfər yaralanıb. Ekipaj üzvləri Hindistan vətəndaşlarıdır.
Hadi Haqşünas gəmidə 153 konteynerin olduğunu deyib.Təşkilat rəsmisi əlavə edib ki, gəmidə kalium xlorid, kalsium-karbonat, mis konsentratı, sənaye yağı və püstə olub.

 

20 2019 02:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin