Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti yüksəlir

Neftin qiyməti yüksəlir

Dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 1,5 faiz artaraq bir bareli 67,75 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,5 faiz artaraq bir bareli 57,80 dollara çatıb. Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti isə 1,6 faiz artaraq 69,20 dollar olub.
Ekspertlər bildiriblər ki, OPEC+un Bakıdakı iclasından sonra dünya birjalarında neftin qiyməti artmağa başlayıb. Buna əsas səbəb isə OPEC+ üzv ölkələrin hasilatı azaltmaq barədə razılaşmaya əməl etmələridir.
Xatırladaq ki, OPEC+un növbəti iclası may ayında Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

20 2019 02:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə