Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Sarı jiletlilər”ə qarşı sərt qərar

“Sarı jiletlilər”ə qarşı sərt qərar

“Röyters” agentliyinin yaydığı məlumatda Fransa Prezidenti Emmanuel Makronun “sarı jiletlilər”in son aksiyaları zamanı baş verən dağıntılardan sonra Yelisey meydanındakı mitinqləri qadağan edəcəyi bildirilir.
Bu barədə agentlik Yelisey sarayındakı rəsmi mənbəyə istinadla məlumat yayıb. Qeyd edilir ki, paytaxt Parisin tanınmış meydanlarından biri olan Yelisey aylardan bəri davam edən etiraz aksiyalarının mərkəzlərindən birinə çevrilib. Ötən həftə isə meydanda atəş açılıb, bəzi mağazalar dağıdılıb. Prezident Makronun məhz bu səbəbdən həmin meydanda aksiyaları yasaqlamağı planlaşdırdığı bildirilir.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

20 2019 02:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə