Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nursultan Nazarbayev istefa verib

Nursultan Nazarbayev istefa verib

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev vəzifəsindən getdiyini açıqlayıb.

Ölkə telekanalları ilə xalqa müraciət edən 79 yaşlı Nursultan Nazarbayev demişdir: “Mən prezident kimi öz səlahiyyətlərimin icrasını dayandırmağı qərara almışam… Bu il mənim yüksək vəzifə tutmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstanın birinci prezidenti olmaq imkanı vermişdir”.

Nazarbayev demişdir: “Qanunvericiliyə görə prezidentin səlahiyyətləri dayandırıldıqda onun vəzifəsini Senatının spikeri  icra edir. Sonra prezident seçkisi keçirilir”.

Beləliklə, Qazaxıstan prezidentinin səlahiyyətlərini Senatın spikeri Kasım-Comart Tokayev icra edəcək.

Qeyd edək ki, Nursultan Nazarbayev 1990-cı ildən ölkəyə rəhbərlik edib. 2015-ci ildə o, seçicilərin səslərinin 97,75 faizini toplayaraq beşinci müddətə prezident seçilmişdi.

2007-ci ildə parlament ölkənin ilk prezidenti kimi ona ali dövlət vəzifəsinə məhdudiyyətsiz dəfə seçilmək hüququ vermişdi.

“Xalq qəzeti”

 

 

19 2019 20:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə