Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Multikulturalizm Mərkəzində Novruz bayramına həsr olunan tədbir

Multikulturalizm Mərkəzində Novruz bayramına həsr olunan tədbir

Martın 18-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Novruz bayramına həsr olunan tədbir keçirilib.
BBMM-in icraçı direktoru Rəvan Həsənov Azərbaycan xalqının qədim bayramlarından olan Novruzun xalqları, müxtəlif dinlərin, irqlərin nümayəndələrini bir-birinə daha da yaxınlaşdırdığını deyib. Bildirib ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. 2010-cu ildən isə BMT Baş Assambleyasının qərarı ilə hər il 21 mart Dünya Novruz Günü kimi qeyd olunur.
Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə deyib ki, Novruz bayramı baharın, yeni həyatın rəmzidir. Bu bayram həm də, demək olar ki, multikulturalizmin simvoludur. Çünki Novruz bayramı Zərdüştlükdən qalan bayram olsa da, zaman keçdikcə Azərbaycanda yaşayan müxtəlif xalqlara, mədəniyyətlərə təsir göstərib və özünəməxsusluq qazanıb. Sovet dövründə xalqımız bu bayramın keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlərlə üzləşirdi. Lakin müstəqilliyimizin bərpasından sonra xalqımız bu bayramı azad şəkildə, rahat qeyd edir. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Avropa Yəhudiləri Dini İcmasının rəhbəri Aleksandr Şarovski, “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Paşayev, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev, AMEA Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, Avar Azərbaycan İctimai Birliyinin təmsilçisi Məhəmməd Nooyev və digərləri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərək xoş arzularını çatdırıblar. Bildirilib ki, Novruz bayramı həmrəylik, dostluq, qardaşlıq bayramıdır. Azərbaycanda müxtəlif xalqlar və fərqli dinlərə etiqad edənlər hər zaman mehribanlıq şəraitində birgə yaşayıblar.  

 

AZƏRTAC

18 2019 22:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə