Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkir: “Bu yaz özün bir təbiət yarat...”

Şəmkir: “Bu yaz özün bir təbiət yarat...”

Şəmkir Rayon İcra Hakimiyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə “Bu yaz özün bir təbiət yarat!” devizi altında  ağacəkmə aksiyası keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da iştirak etdiyi aksiya mütəşəkkilliyi ilə fərqlənmişdir. Əvvəlcədən ayrılmış 4 hektar ərazidə 2500 ədəd müxtəlif meyvə və meşəcinsli ağaclar əkilmişdir.

Rayonun müxtəlif ünvanlarında əkilmiş minlərlə müxtəlif növ ağaclar  daim nəzarətdədir. Onlara müntəzəm qulluq göstərilir. Bunun üçün müvafiq suvarma sistemləri quraşdırılmışdır.

Eyni zamanda əhalinin istirahəti üçün parklarda bütün lazımı şərait yaradılmış, burada əkilmiş ağac və dekorativ kollara lazımi aqrotexniki qulluq göstərilməsi üçün zəruri tədbirlər görülmüşdür.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

18 2019 17:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin