Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əfv sərəncamı dövlətin insan hüquqlarına verdiyi önəmi növbəti dəfə sübut etdi

Əfv sərəncamı dövlətin insan hüquqlarına verdiyi önəmi növbəti dəfə sübut etdi

Ombudsmanın vəsatəti əsasında onun fəaliyyəti dövründə icra olunan əfv sərəncamlarıyla, ümumilikdə, 692 məhkum əfv olunub. Sevindirici haldır ki, bu il də Növruz bayramı ərəfəsində cənab Prezident Ombusdsmanın vəsadəti əsasında  54 məhkumu azad etdi.  Bu sözləlri “Xalq qəzeti”nə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkli--Ombudsman aparatının rəhbəri Aydın Səfixanlı bildirib.

A.Səfixanlı qeyd edib ki, əfv sərəncamlarının verilməsi dövlətin üzərinə qoyulmuş bir vəzifə deyil. Bu, dövlətin humanist, insan hüquqlarına hörmət siyasətindən irəli gəlir.  Dövlət başçısının 2019-cu ildə imzaladığı sərəncam son 24 il ərzində sayca 65-ci əfv sərəncamıdır. Cəzaçəkmə müəssisələrində məhkumların sağlamlığı və dini etiqadlarının təmin olunması üçün yüksək səviyyədə şərait yaradılıb. Biz mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə baxışlar həyata keçiririk və məhkumların şəraiti ilə yaxından tanış oluruq. Dünya təcrübəsində əfv olunma təcrübəsi, demək olar ki, yoxdur. Əfv sərəncamı dövlət başçısının humanist siyasətinin göstəricisidir".    

Ombudsman təmsilçisi  əlavə edib ki, həyata keçirilən humanist siyasətin davamı olaraq məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli sərəncamı 431 nəfərə şamil olunub:

"Bu əfv sərəncamında azadlıqdan məhrum etmə və digər cəza növlərinə məhkum edilmiş bir sıra şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilib, eyni zamanda ömürlük azadlıqdan məhrum edilmiş bir sıra şəxslərin cəzası müddətli azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub. Qeyd etmək istərdim ki, bu əfv sərəncamında Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin ölkə başçısına ünvanladığı vəsatətlər də nəzərə alınaraq bir qrup məhkum əfv edilib. Müvəkkilin fəaliyyəti dövründə onun vəsatəti ilə ümumilikdə 692, 2019-cu il 16 mart tarixli son sərəncamla isə 54 məhkum əfv edilib".

 

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”

18 2019 15:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə