Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda OPEC+ Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilir

Bakıda OPEC+ Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilir

Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilir.

Toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunur.

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilir, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilir.

Tədbirdə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC-in neft bazarında balansın saxlanması üzrə səylərini Azərbaycanın bundan sonra da dəstəkləməyə hazır olduğunu deyib.

Nazir qeyd edib ki, bu tədbir Azərbaycanın neft sənayesində və dünyada enerji təhlükəsizliyinin təmin olunmasında tarixi rolunu göstərir.

Öz növbəsində, Rusiyanın energetika nazirinin müavini Pavel Sorokin ümidvar olduğunu bildirib ki, bugünkü görüş neft bazarında daha yaxşı nəticələrin əldə olunması və sazişin ilk altı ayı ərzində gələcək addımların müzakirəsi üçün növbəti addım olacaq.

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əbdüləziz əl-Falih iclasın Bakıda, neftin vətənində keçirildiyi üçün şad olduğunu deyib.

18 2019 14:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin