Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İranda Təcən çayı daşıb

İranda Təcən çayı daşıb

İranın şimalında yerləşən Gilan vilayətinin Sari şəhərinin Meləl (Millətlər) parkı Təcən çayının daşması nəticəsində su altında qalıb.

Bunu İranın Gilan vilayəti Sari rayonu meri Mehdi Oburi deyib. O parkın kənarında su altında avtomobillərin qaldığını və onların çıxarılması üçün əməliyyatların aparıldığını bildirib.

Merin sözlərinə görə, daşqınlar nəticəsində şəhərin infrastrukturuna ciddi şəkildə ziyan dəyib.

Təcən çayının kənarında, 35 hektar ərazidə yerləşən park bütün ölkələrin bayraqları asıldığına görə Meləl parkı adlanır.

18 2019 14:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin