Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oğlu azadlığa çıxan ata: Bu gün bizim üçün böyük bayramdır, sevincimizin həddi-hüdudu yoxdur

Oğlu azadlığa çıxan ata: Bu gün bizim üçün böyük bayramdır, sevincimizin həddi-hüdudu yoxdur

Bu gün bizim üçün böyük bayramdır, sevincimizin həddi-hüdudu yoxdur. Bizə bu sevinci bəxş etdiyi üçün ailəm, qohumlarım adından cənab Prezident İlham Əliyevə təşəkkür edirəm.

Trend-in məlumatına görə, bunu 1978-ci il təvəllüdlü, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 7 sentyabr tarixli hökmü ilə məhkum edilmiş Çərkəzov Pərvizin atası deyib: "Oğlum 12 il azadlıqdan məhrum edilmişdi, cəzasının 10 ilini çəkib, 2 ilindən azad olundu. Dəfələrlə belə sərəncamlar olub, nə qədər insan sevinib. Bu gün bizim üçün böyük bayramdır, sevincimizin həddi-hüdudu yoxdur. Bizə bu sevinci bəxş etdiyi üçün ailəm, qohumlarım adından cənab Prezident İlham Əliyevə təşəkkür edirəm".

18 2019 14:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə