Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bolton: S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır

Bolton: S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır

Vaşinqton əvvəlki kimi Türkiyəni müttəfiq hesab edir, lakin rəsmi Ankara və Moskva arasında S-400 zenit raket sistemlərinin alınması üzrə razılaşmanı ikitərəfli münasibətlərdə ciddi problem hesab edir.

Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.

O qeyd edib ki, ABŞ Türkiyənin Rusiya istehsallı S-400 hava hücumundan müdafiə sistemi almasından narahatdır: "Bu, böyük problemdir. Bizim Suriyada münaqişəyə dair mübahisəli məsələlərimiz var. Hesab edirəm ki, Donald Tramp Türkiyə ilə münasibətlərin yaxşılaşmasını, ticarətin inkişaf etməsini istərdi ki, onlar da bizə Suriyada və regionun digər ölkələrində bəzi problemlərin həlində kömək etsinlər".

18 2019 14:00 - SİYASƏT
SİYASƏT
11 Aprel 2019 | 16:46
Vyanadan sonrakı çaşqınlıq

Ən son xəbərləri səhifəmizdən də izləyin