Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Reabilitasiya kursu keçən uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Reabilitasiya kursu keçən uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq Bərpa Mərkəzində reabilitasiya kursu keçənsağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi təşkil edilib.

Valideynlərin də iştirak etdiyi tədbirdə Novruz bayramının xalqımızın mənəvi zənginliyini, təbiətə bağlılığını özündə əks etdirən bir bayram olduğu  qeyd edilib. Ölkəmizdə milli-mənəvi dəyərlər sisteminin qorunması və inkişafı sahəsində aparılan fəal dövlət siyasətinin bir təzahürü kimi, Novruz bayramının hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edildiyi vurğulanıb. 

Bayram tədbiri burada tibbi-sosial reabilitasiya kursu keçən uşaqların şer, mahnı, rəqs və s. növlərdə ifaları, Novruz personajlarının yumoristik səhnəcikləri ilə davam edib.

Müasir tələblər səviyyəsində reabilitasiya şəraitinin yaradıldığı müəssisədə  sağlamlıq imkanları məhdud uşaqlar fizioterapevtik prosedurlarla yanaşı, tədris metodikaları əsasında tədris-peşə yönümlü, sosial yanaşma əsaslı reabilitasiya tədbirlərinə də cəlb edilirlər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2019 13:36 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin