Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU-nun Tədris Cərrahiyyə Klinikasında uğurlu göz əməliyyatı

ATU-nun Tədris Cərrahiyyə Klinikasında uğurlu göz əməliyyatı

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 84 yaşlı kişinin gözündə cərrahiyyə əməliyyatı aparılıb. Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılovun sözlərinə görə, xəstə klinikaya sol gözündəki problemlərlə bağlı müraciət edibmiş.

O deyib: "Xəstə sol gözündə qapaq altında şişkin törəmənin əmələ gəlməsi və alt göz qapağının içəriyə doğru çevrilməsindən şikayət edirdi. MRT müayinəsi, USM və biomikroskopiya müayinələrindən sonra xəstəyə cərrahi əməliyyat qərarı alındı. Əməliyyat zamanı xəstəyə radikal rezeksiya edərək, qığırdağı törəmə ilə birlikdə kəsib götürdük. Qapaq plastika olunub, deffektsiz, gözəl nəticə əldə etmişik. Əməliyyat radikal, mikroskopik icra edildiyinə görə, o nahiyədə yenidən nəsə əmələ gəlməsi mümkün deyil".

Q.İsmayılovun bildirdiyinə görə, əməliyyat 1 saat 40 dəqiqə davam edib. Xəstə həmin gün evə buraxılıb və hazırda özünü yaxşı hiss edir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2019 13:23 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə