Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Novruzda bayramlaşmaq adəti unudulmayıb

Novruzda bayramlaşmaq adəti unudulmayıb

Bayramlar gözəldir. Onların içində Novruz xüsusilə seçilir. Bu bayramları daha əziz və daha da özəl edən bayramlaşmaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlatdığı “DOST xonçası” kampaniyasının növbəti estafetini Azərbaycan Tibb Universiteti olaraq məmnuniyyətlə təhvil alıb paytaxtımızın sakini Mirzəyeva Rəbiyyə xanımı ziyarət etdik. Ona kollektivimizin ən xoş arzu və diləklərini çatdırdıq.

ATU-nun mətbuat xidmətindən bildiriblər ki, Rəbiyyə xanım göstərilən diqqətə görə təşəkkür etdi. Ziyarət zamanı Rəbiyyə xanım öz həyatı haqqında məlumat verdi, müxtəlif mövzularda söhbətlər oldu.

Azərbaycan Tibb Universiteti olaraq “DOST xonçası” adından bu nəcib missiyanı davam etdirməsi üçün INNOLAND Incubation & Acceleration Center-a ötürürük.

Bir daha bayramınız mübarək!

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2019 13:20 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə