Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oftalmoloqlar Şağanda aksiya keçiriblər

Oftalmoloqlar Şağanda aksiya keçiriblər

Hazırda dünyada 7 milyard insandan 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi respublikada korluğun qarşısının alınması üçün tədbirlər görür. 

Oftalmologiya mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. Mərkəzin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Mərkəz tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş səyyar klinika təşkil edilmişdir. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş  həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Klinikanın bu oftalmoloji müayinələri keçirməkdə məqsədi pasiyentləri erkən müayinə-müalicə etmək, səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir. Bununla yanaşı 2018-ci ildən  mərkəzin səyyar qatarı fəaliyyətə başlayıb.

Martın 15-də səyyar klinika Şağan qəsəbəsi 124 saylı orta məktəbdə və mərkəzin digər həkim heyəti  Şağan qəsəbəsi 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsində humanitar aksiya keçirib. Aksiya zamanı iki müəssisədə 200 nəfər müayinə olunub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2019 13:18 -

Köhnə versiyamızdan xəbərləri izlə