Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Latviyalı nazir: Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıyıq

Latviyalı nazir: Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıyıq

Latviya Azərbaycanla yerüstü nəqliyyat əlaqələri üzrə əməkdaşlıqda maraqlıdır. Bunu Trend-ə eksklüziv müsahibəsində Latviyanın xarici işlər naziri Edqar Rinkeviç deyib.

Edqar Rinkeviç bildirib ki, tranzit Latviya iqtisadiyyatının vacib hissəsidir: “Bu sahə bizim ümumi daxili məhsulun 3 faizini təşkil edir. Bu sektorun vacibliyini qəbul etməklə, Latviya öz imkanlarının genişlənməsi və tərəfdaşlarına daha keyfiyyətli xidmətlər göstərmək üzərində daim işləyir. Nəqliyyat şəbəkəsinin və infrastrukturun təkmilləşməsi həm də Avropa İttifaqının “Şərq tərəfdaşlığı” siyasətinin prioritetidir”.

Nazir qeyd edib ki, Latviya Asiya, Mərkəzi Asiya, Qara dəniz ölkələri və Şimali Avropa arasında Azərbaycanla yerüstü nəqliyyat əlaqələri üzrə əməkdaşlıqda maraqlıdır: “Azərbaycan ərazisindən iki vacib beynəlxalq nəqliyyat dəhlizi keçir: Baltik dənizinə çıxışı olan “Şimal-Cənub” beynəlxalq dəhlizi və Xəzər dənizi ilə Qara dəniz arasında strateji əlaqə yaradan və “Yeni İpək yolu”nun hissəsi olan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA)”.

Rinkeviç bildirib ki,  Azərbaycan Avrasiyada yeni nəqliyyat marşrutlarının inkişafında Latviyanın vacib tərəfdaşıdır: “Latviya və Azərbaycanın dəmir yolu və liman infrastrukturunda ümumi maraqları var və hər iki ölkə bu əməkdaşlıqdan qazanacaq”.

18 2019 13:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə