Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat Musa Qasımlı: Prezident İlham Əliyevin əfv sərəncamı məhkum üzvü olan ailələrin bayram sevincinə əlavə sevinc qatdı

Deputat Musa Qasımlı: Prezident İlham Əliyevin əfv sərəncamı məhkum üzvü olan ailələrin bayram sevincinə əlavə sevinc qatdı

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması məhkum üzvü olan ailələrin bayram sevincinə əlavə sevinc qatdı. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Deputat Prezident İlham Əliyevin əfv sərəncamı verməsini dövlət başçısının növbəti böyük humanist addımı kimi dəyərləndirib: "Əfv sərəncamının verilməsi cənab Prezidentin səlahiyyətlərinə daxil olan məsələdir. Bu dəfə də dövlətimizin başçısı böyük humanist addım idi. Məhkum olunmuş insanlar ailələrinə, qohumlarına, dost və tanışlarına qovuşdu. Prezident İlham Əliyev həmin ailələrin Novruz bayramı sevincinə əlavə sevinc qatdı, onlara xoş əhvali-ruhiyyə bəxş etdi. Dünyada insanlara sevinc bəxş etməkdən daha gözəl nə ola bilər ki?"

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

18 2019 13:07 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə