Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 98 Bakı şəhəri, 14 mart 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 5 fevral tarixli 37 nömrəli, “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2016-cı il 16 dekabr tarixli 517 nömrəli və “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 619 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 379, № 7, maddə 1342, № 11, maddələr 1965, 1976, № 12, maddə 2239; 2018, № 8, maddələr 1793, 1795; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 dekabr tarixli 534 nömrəli və 2019-cu il 21 yanvar tarixli 21 nömrəli qərarları) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.5.1-ci yarımbəndində “müvəqqəti ictimai” sözləri “haqqı ödənilən ictimai” sözləri ilə əvəz edilsin.
2. “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2234; 2018, № 4, maddə 796, № 9, maddə 1947) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 11-ci hissəyə “işaxtaran” sözündən sonra “və işsiz” sözləri əlavə edilsin və həmin hissədə “vətəndaşları” sözü “şəxsləri” sözü ilə əvəz edilsin;
2.2. 18-ci hissəyə “işaxtaran” sözündən sonra “və işsiz” sözləri əlavə edilsin və həmin hissədə “vətəndaşların” sözü “şəxslərin” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2564; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 dekabr tarixli 534 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.2-ci bənddə “işsizin” sözü “işsiz şəxsin” sözləri ilə əvəz edilsin; 
3.2. 4.3-cü bənddə “təsdiq” sözü “təqdim” sözü ilə, “verilir” sözü “qəbul edilir və ya fərdi məşğulluq proqramında dəyişiklik edilməsinə dair tədbir görülür” sözləri ilə əvəz edilsin.
 
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə