Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 96 Bakı şəhəri, 14 mart 2019-cu il
 
“Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 may tarixli 84 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 may tarixli 84 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 321; 2008, № 2, maddə 130; 2011, № 2, maddə 157, № 5, maddə 449; 2017, № 12 (II kitab), maddə 2550; 2018, № 10, maddə 2164) ilə təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bənddə “Qanununa” sözü “Qanununun 21.5-ci maddəsinə” sözləri ilə əvəz edilsin.
2. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.2. Haqqı ödənilən ictimai işlər (bundan sonra – ictimai işlər) – işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir.”.
3. 1.3-cü bənd ləğv edilsin.
4. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon, məşğulluq orqanları (bundan sonra – məşğulluq mərkəzləri) “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə uyğun olaraq mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunmasını təşkil edir.”.
5. 2.2-ci bəndin birinci abzası üzrə: 
5.1.“İşaxtaranların” sözü “İşsizlərin” sözü ilə, “mülkiyyət və təsərrüfat” sözləri “mülkiyyət növündən və təşkilati-hüquqi” sözləri ilə əvəz edilsin; 
5.2.“şəhər, rayon” sözləri çıxarılsın; 
5.3. “yerli” sözündən əvvəl “məşğulluğa kömək göstərən” sözləri əlavə edilsin.
6. 2.3-cü bənd üzrə:
6.1. birinci abzasdan “şəhər, rayon” sözləri çıxarılsın;
6.2. ikinci abzasda “işaxtaran vətəndaşların” sözləri “işsiz şəxslərin” sözləri ilə əvəz edilsin və həmin abzasdan “şəhər, rayon” sözləri çıxarılsın.
7. 2.5-ci bənd üzrə:
7.1. birinci cümlədə “İşaxtaran vətəndaşların” sözləri “İşsiz şəxslərin” sözləri ilə əvəz edilsin və həmin abzasdan “şəhər, rayon” sözləri çıxarılsın;
7.2. ikinci cümlədə “Vətəndaşın” sözü “İşsiz şəxsin” sözləri ilə əvəz edilsin.
8. 2.6-cı bəndin ikinci cümləsindən “şəhər, rayon” sözləri çıxarılsın.
9. 2.7-ci bəndin birinci abzası üzrə:
9.1. birinci cümlədə “İctimai işlərə cəlb olunan vətəndaşlarla” sözləri “İctimai işlərdə iştirak etmək istəyən işsiz şəxslərlə” sözləri ilə əvəz edilsin və həmin cümləyə “arasında” sözündən sonra “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq” sözləri əlavə edilsin;
9.2. ikinci cümlədə “Şəhər, rayon məşğulluq mərkəzlərində işsiz kimi qeydə alınmış, lakin işsizlikdən sığorta ödənişi almayan işsiz vətəndaşlar” sözləri “İşsizlikdən sığorta ödənişi almayan işsiz şəxslər” sözləri ilə əvəz edilsin.
10. 2.8-ci bənddə “vətəndaş” sözü “işsiz şəxs” sözləri ilə, “vətəndaşı” sözü “işsiz şəxsi” sözləri ilə əvəz edilsin və həmin bənddən “şəhər, rayon” sözləri çıxarılsın.
11. 3.1-ci bənddə “21-ci maddəsində göstərilən mənbələr” sözləri “19.0.2.3-cü maddəsinə uyğun olaraq işsizlikdən sığorta vəsaiti” sözləri ilə əvəz edilsin.
12. 3.3-cü bənd üzrə:
12.1. birinci abzasda “21-ci maddəsində göstərilən mənbələr” sözləri “19.0.2.3-cü maddəsinə uyğun olaraq işsizlikdən sığorta vəsaiti” sözləri ilə əvəz edilsin və həmin abzasdan “şəhər, rayon” sözləri çıxarılsın;
12.2. ikinci və üçüncü abzaslardan “şəhər, rayon” sözləri çıxarılsın;
12.3. dördüncü abzasda “vətəndaşların” sözü “işsiz şəxslərin” sözləri ilə əvəz edilsin və həmin abzasdan “şəhər, rayon” sözləri çıxarılsın.
13. 3.4-cü bənddə “vətəndaşların” sözü “işsiz şəxslərin” sözləri ilə əvəz edilsin və həmin bənddən “şəhər, rayon” sözləri çıxarılsın.
14. Aşağıdakı məzmunda 3.5-ci bənd əlavə edilsin:
“3.5. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci maddəsinə uyğun olaraq, yerli özünüidarəetmə orqanları öz vəsaiti hesabına işaxtaran və işsiz şəxslər üçün haqqı ödənilən ictimai işlər təşkil edə bilərlər.”.
15. Qaydalara əlavə – “Ərazi məşğulluq proqramına uyğun ______rayonu (şəhəri) üzrə görülmüş haqqı ödənilən ictimai işlər barədə aylıq arayış”da hər iki halda “Şəhər (rayon) məşğulluq” sözləri “Məşğulluq” sözü ilə əvəz edilsin.
 
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə