Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Martın 17-də gözlənilən hava şəraiti haqqında məlumat

Martın 17-də gözlənilən hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şimal-qərb küləyi gündüzdən başlayaraq arabir güclənəcək.

Havanın temperaturu  gecə 5-8° isti, gündüz 11-15° isti,

Bakıda gecə 6-8° isti, gündüz  13-15°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi  normadan aşağı 756  mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 % , gündüz 50-55% olacaq.

Xəbərdarlıq

Martın 17-si axşamdan 19-u axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 18-də yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, 20-si gündüz tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu  4-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında

Qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir  duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-4° isti, gündüz  4-8° isti təşkil edəcək.

Xəbərdarlıq

Martın 17-si gündüz qərb rayonlarından başlayaraq 20-si axşamadək arabir yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 17-19-da arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.  

16 2019 17:49 - EKOLOGİYA
EKOLOGİYA
17 Aprel 2019 | 18:08
Dəyirmi masa keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin