Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Sərhəd bilməyən incəsənət” lahiyəsi çərçivəsində “Milli geyimlər və folklor” adlı virtual görüş keçirilib

“Sərhəd bilməyən incəsənət” lahiyəsi çərçivəsində “Milli geyimlər və folklor” adlı virtual görüş keçirilib

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Ukrayna Milli Uşaq Kitabxanası arasında “Sərhəd bilməyən incəsənət” layihəsi çərçivəsində “Milli geyimlər və folklor” adlı virtual görüş keçirilib.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi Kitabxanasında reallaşıb.

Görüşdə Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Xalça Muzeyində lentə alınmış Azərbaycanın milli geyimlərinin tarixi və Qarabağ xalçaları haqqında geniş məlumat və görüntünü əks etdirən videoçarx təqdim edilib.

Tədbir çərçivəsində məktəblilər maraqlı rəqs kompozisiya ilə çıxış ediblər. Sonra uşaqlar qədim “Aşıq yaradıcılığı” barədə məlumat verib, aşıq sənətinin ən gözəl nümunələrini ifa ediblər.

Görüşdə  folklorumuz yüksək səviyyədə nümayiş olunub.

Novruz bayramı ərəfəsində keçirilən tədbir, ölkə hüdudlarından kənardakı uşaq kitabxanaları ilə sıx əməkdaşlıq etməklə uşaqlara yeni dostlar qazandırmaq və hər iki ölkənin milli geyim və folkloru haqqında oxucuları məlumatlandırmaq məqsədi daşıyıb.

Sonda kitabxananın direktor müavini Zahirə Dadaşova çıxış edərək, belə layihələrin uşaqların dünyagörüşünə müsbət təsirini vurğulayıb, əməkdaşlığa görə Ukrayna Milli Uşaq Kitabxanasına təşəkkür edib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

16 2019 12:08 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin