Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Millət vəkili: Dünyanın yeni xarici siyasəti Bakıda formalaşır

Millət vəkili: Dünyanın yeni xarici siyasəti Bakıda formalaşır

Dünyanın yeni xarici siyasəti Bakıda formalaşır. Bunu deputat Rauf Əliyev Azərbaycan paytaxtında keçirilən VII Qlobal Bakı Forumunu şərh edərkən deyib.

R.Əliyev bildirib ki, VII Qlobal Bakı Forumunda hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazir, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər, çoxsaylı analitiklər, jurnalistlər və gənc liderlərin iştirakı ildən-ilə foruma marağın artdığına, eləcə də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gücləndiyinə bariz nümunədir.

Deputat vurğulayıb ki, artıq mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumunun əsas mövzusunun “Dünyanın yeni xarici siyasəti” müəyyən edilməsi təsadüfi deyil:  "Prezident İlham Əliyevin forumun açılış mərasimindəki nitqində qeyd etdiyi kimi, son forumdan etibarən ölkələr arasında münasibətlərdə, dünyada təhlükəsizliklə bağlı məsələlərdə çox şey dəyişib. Bu forumun və digər beynəlxalq tədbirlərin Azərbaycanda təşkili göstərir ki, ölkəmiz dünyada yüksək nüfuza malikdir, multikulturalizmin dövlət siyasəti kimi həyata keçirildiyi, dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınan məkandır və artıq mühüm beynəlxalq platformaya çevrilib. Bu isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən hərtərəfli düşünülmüş müdrik siyasətin nəticəsidir".

Qeyd edək ki, VII Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14- 16-da keçirilib. Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 55 ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak ediblər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılıb.

16 2019 11:51 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin