Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni Zelandiyanın Baş naziri zati-aliləri xanım Casinda Ardernə

Yeni Zelandiyanın Baş naziri zati-aliləri xanım Casinda Ardernə

Hörmətli xanım Baş nazir!
Kraystçerç  şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Biz bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyirik. 
Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yeni Zelandiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. 

 

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 mart 2019-cu il

 

16 2019 01:50 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə