Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskvada MDB İqtisadi Şurasının 81-ci iclası keçirilib

Moskvada MDB İqtisadi Şurasının 81-ci iclası keçirilib

Martın 15-də Moskvada MDB İqtisadi Şurasının 81-ci iclası keçirilib.
Iclasda Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak ediblər. 
Türkmənistanın sədrliyi ilə keçən iclasda MDB ölkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsi strategiyasının layihəsi təsdiq olunub. İnformasiya cəmiyyətində hüquq pozuntuları ilə mübarizəyə, MDB ölkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsinə yönələn sənəd MDB Xarici İşlər Nazirləri Şurası və MDB Hökumət Başçıları Şurasına təqdim olunacaq. 
İclasda elektron ticarətlər sahəsində istehlakçıların hüquqlarının müdafiəsi, MDB ölkələri gömrük orqanlarının intellektual mülkiyyət obyektlərinin hüquqlarının müdafiəsi sahəsində qarşılıqlı fəaliyyəti, azad ticarət zonasının yaradılması haqqında malların gömrük rəsmiləşdirilməsi və onlara gömrük nəzarəti qaydası haqqında Sazişə dəyişikliklər edilməsi kimi məsələlər müzakirə olunub.
Bundan əlavə, tədbirdə bir sıra maliyyə və təşkilati məsələlər nəzərdən keçirilib. 
MDB İqtisadi Şurasının növbəti iclası bu il iyunun 21-də keçiriləcək.

 

Fəridə Abdullayeva, 
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

16 2019 01:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin