Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Con Batçelor Şou” radio proqramı Azərbaycanla bağlı silsilə verilişlər hazırlayıb

“Con Batçelor Şou” radio proqramı Azərbaycanla bağlı silsilə verilişlər hazırlayıb

ABŞ-ın məşhur və geniş dinləyici auditoriyasına malik olan “Con Batçelor Şou” (John Batchelor Show) radio proqramı Azərbaycanla bağlı silsilə verilişlər hazırlayıb.
“Con Batçelor Şou”nun ölkəmizdə səfərdə olan jurnalistləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşüblər. Görüşdə Əli Həsənov Azərbaycanın tarixi, mədəniyyəti, beynəlxalq əlaqələri, multikultural dəyərləri, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm layihələr barədə məlumat verib. 
Verilişlərdə Azərbaycanda gedən inkişaf prosesləri, bu günlərdə keçirilən VII Qlobal Bakı Forumu, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilir. 
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev, “The Washington Times” qəzetinin müxbiri Monika Krouli, tanınmış amerikalı vəkil, Birləşmiş Ştatların mərhum Prezidenti Riçard Niksonun nəvəsi ­Kristofer Nikson Koks “Con Batçelor Şou”nun jurnalistlərinə müsahibə veriblər.
Tural Gəncəliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tarixindən, səbəb və nəticələrindən, ölkəmizin ərazisinin 20 faizinin işğal edilməsindən, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsindən söhbət açıb. O, münaqişənin həlli üçün Azərbaycanın ərazi bütövlüyünün bərpasının, qaçqınların və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının zəruriliyini qeyd edib.
Monika Krouli deyib ki, Azərbaycan cəmi iki onillik ərzində iqtisadi möcüzə yaratmağa nail olub. Bu isə uzaqgörən dövlət siyasəti nəticəsində mümkün olub. “The Washington Times” qəzetinin müxbiri, həmçinin əlavə edib ki, Azərbaycan öz inkişafı ilə regiona və dünyaya iqtisadi nümunə olmaq yolunda qətiyyətlə irəliləyir.
Kristofer Nikson Koks isə Qlobal Bakı Forumu ilə bağlı təəssüratlarını bölüşüb. O, Qlobal Bakı Forumunun əhəmiyyətli bir tədbir olduğunu bildirib, müzakirə olunan mövzuların önəmini qeyd edib. 
“Con Batçelor Şou” gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə çoxsaylı radiokanal tərəfindən həm canlı, həm də audioyazı formasında geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu proqram ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.

 

AZƏRTAC

16 2019 01:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə