Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Belarus Respublikasının İstintaq Komitəsinin nümayəndə heyəti Bakının mədəni və tarixi abidələri ilə tanış olub

Belarus Respublikasının İstintaq Komitəsinin nümayəndə heyəti  Bakının mədəni və tarixi abidələri ilə tanış olub

Azərbaycanda səfərdə olan Belarus Respublikası İstintaq Komitəsinin sədri İvan Noskeviçin  rəhbərlik etdiyi nümayəndə heyəti Bakının mədəni və tarixi abidələri ilə tanış olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Mərkəzinə gələn qonaqlara Mərkəz ­haqqında məlumat verilib. Qeyd edilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil və mədəniyyətin inkişafına xidmət edən layihələrin həyata keçirilməsi, ölkəmizin tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, regional və beynəlxalq konfrans və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir. 
Heydər Əliyev Mərkəzi ilə tanışlıq nümayəndə heyətinin üzvlərində zəngin təəssürat yaradıb.
Nümayəndə heyəti daha sonra 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə də tanış olub.
Qonaqlara “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə məmur-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edən “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin etmək məqsədilə yaradılıb.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan nümayəndə heyəti "ASAN xidmət"in kollektivinə fəaliyyətində uğurlar ­arzulayıb.

16 2019 01:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə