Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BAMF-da mətbuat konfransı

BAMF-da mətbuat konfransı

Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) mətbuat konfransı keçirilib. Konfransda BMT-nin Cenevrə ofisində İnsan Haqqları üzrə 40-cı sessiya çərçivəsində Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutla birgə “Sülh və təhlükəsizlik üçün su” mövzusunda keçirilən tədbirdə BAMF iştirakı və vacib görüşləri barədə jurnalistlərə məlumat verilib. 

Fondun prezidenti Umud Mirzəyev tədbiri giriş sözü ilə açaraq BMT-nin Cenevrə ofisində keçirilən görüş və təşkilatın nümayəndə heyətinin çıxışları barədə məlumat verib. Qeyd edib ki, BAMF nümayəndələri İnsan Haqqları Şurasının 40-cı sessiyası çərçivəsində o, İnsan Haqqları üzrə ali komissar Mişelle Baçelet Jeria ilə görüşüb. Görüşdə fəaliyyəti beynəlxalq münasibətlərdə qəbul edilməyən qurumların İnsan Haqqları Şurasında fəaliyyətinə açıq imkanların yaradılmasından yaranan narazılıqlar, söz azadlığı, insan haqqlarının qorunmasında vətəndaş cəmiyyətinin dəstəklənməsi, yaşlıların, eləcə də uşaqların hüquqlarına dair məsələlər müzakirə olunub. 
U.Mirzəyev bildirib ki, səfər çərçivəsində BMT-nin İnsan Haqqları üzrə nümayəndəsi Zəki Otman, BMT İnsan Haqqları Şurasının xüsusi məruzəçisi, Cenevrə İnsan Haqqları və Qlobal Dialoq Mərkəzinin icraçı direktoru İdris Cəzairi, BMT-nin əlilliyi olan şəxslərin hüquqları üzrə xüsusi məruzəçisi xanım Katalina Devandas Aquilar, Rusiya Xarici İşlər Nazirliyinin Humanitar Əməkdaşlıq və İnsan Haqqları departamentinin müşaviri Yevgeni Ustinov, Londonda yerləşən ARAMEA Fondu İdarə Heyətinin Belçikadakı Qlobal Filantrop Şəbəkəsinin, İnkişaf və Hüquqlara dair Beynəlxalq Akademiyanın üzvləri, Birləşmiş Kəndlər Təşkilatının, İranın Terrorizm Qurbanlarının Müdafiəsi Assosiasiyasının nümayəndələri və digərləri ilə görüşlər keçirilib. Həmin görüşlərdə ilk növbədə Azərbaycan ərazilərinin işğalı nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının qorunması ilə bağlı məsələlər gündəmə gətirilib. Minlərlə insanın eləcə də 96 min hektar ərazinin su çatışmazlığından əziyyət çəkdiyi görüş iştirakçılarının diqqətinə çatdırılıb. 
Fondun prezidenti, həmçinin qeyd edib ki, görüşdə BAMF-ın təmsilçisi Anastasiya Lavrina işğal olunmuş ərazilərdə su infrastrukturunun dağıdılmasının, nəzarətsiz ərazilərdə sudan qeyri-insani istifadəsinin, işğalın davam etdirilməsinin yolverilməz olduğunu bildirib. Bu kimi halların qarşısının alınması üçün beynəlxalq qurumlara müraciət ünvanlayıb. 
Daha sonra Mətbuat Şurasının üzvü Azər Həsrət, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Behbud çıxış edərək görüşün əhəmiyyətindən, bu cür mötəbər tribunalardan istifadə edilməsinin, ölkəmizin təmsil olunmasının milli maraqlar baxımından vacib olduğunu diqqətə çatdırıblar.
Sonda BMT-nın Cenevrə ofisində əcnəbi auditoriyaya təqdim olunan BAMF-ın hazırladığı “Su-müharibə maşını” sənədli filmi nümayiş olunub. 

 

Anar TURAN, 
“Xalq qəzeti”

16 2019 01:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin