Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarının ikinci gününə yekun vurulub

Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarının ikinci gününə yekun vurulub

Martın 15-də Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışlarının ikinci gününə yekun vurulub. 
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirin ikinci günündə kişilər dayaqla tullanma, dəstəli at, turnik, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlər üzrə yarışların təsnifat mərhələsində güclərini sınayıblar.
Azərbaycan təmsilçisi Marina Nekrasova gimnastika tiri yarışlarında 12,566 xalla ümumi sıralamada altıncı olub və həlledici mərhələ adlayıb.
Dünya kuboku yarışlarında ən yüksək icra xalını toplamış idmançılara ənənəvi olaraq Azərbaycan Gimnastika Federasiyasının kuboku - “AGF Trophy” təqdim edilib. Kubok ABŞ təmsilçisi Ceyd Keriyə və gürcüstanlı Konstantin Kuzovkova verilib. Mükafatları Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim edib.
Bu turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarında iştirak etmək istəyən idmançılar üçün mühüm əhəmiyyət daşıyır. Olimpiadaya təsnifat xarakterli bu yarışda 41 ölkə təmsil olunur. Medallar və lisenziya xalları uğrunda mübarizəyə 121 kişi və 49 qadın idman gimnastı qoşulub. Turnirə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatının medalçıları qatılıblar.
Dördgünlük turnirin ilk iki günündə təsnifat yarışları keçirilib. Martın 16-da və 17-də isə final mərhələləri keçiriləcək. 

16 2019 01:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 May 2019 | 22:27
ABŞ-da dağıdıcı tornado

Köhnə versiyamızdan xəbərləri izlə