Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Müasir nefrologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans

“Müasir nefrologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ümumdünya Böyrək Gününə həsr olunmuş “Müasir nefrologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, “Nefrologiyanın İnkişafına Yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov bu tarixin bütün dünyada, o cümlədən Azərbaycan Tibb Universitetində də hər il qeyd edildiyini bildirib. Onun sözlərinə görə, 2006-cı ildən etibarən əksər ölkələrdə bu gün tədbirlər, konfranslar keçirilir və çox önəmli mövzuları əhatə edir.
R.Bəylərov nefroloji xəstələrə dövlət qayğısından da danışıb. Qeyd edib ki, Tədris Terapevtik Klinikası 2011-ci ildən, yəni fəaliyyətə başlayan gündən, bu tarixi qeyd edir: “İndi ölkəmizdə terinal xronik böyrək çatışmazlığı, hemodializ və böyrək transplantasiyası üçün lazım olan xərcləri dövlət proqramı əsasında Səhiyyə Nazirliyi öz üzərinə götürüb. Digər ölkələrdə isə belə deyil. Bu da dövlətimizin böyrək xəstəliyindən əziyyət çəkən insanlara olan diqqət və qayğısından xəbər verir”.
Tədbirdə, Səhiyyə Nazirliyinin baş nefroloqu, ATU-nun Terapevtik və Pediatrik Propedevtika kafedrasının professoru, TTK-nın Nefrologiya və Efferent Terapiya Mərkəzinin rəhbəri, professor M. Ağayev və M.Cavadzadə adına RKUX-un hemodializ şöbəsinin müdiri F.Babayev “Azərbaycanda böyrək əvəzedici terapiyanın 2018-ci il reqistri” mövzusunda məruzə ilə çıxış ediblər. Həmçinin, ATU-nun elmi işlər üzrə prorektoru, dosent R. Bəylərov, Mədinə Hacıyeva “Uşaqlarda xronik qlomerulonefritin morfoloji xüsusiyyətləri”, ADHTİ-nun nefrologiya kafedrasının müdiri F.Sərdarlı, dosent L.Bəxtiyarova, assistentlər M.Həsənov, Q.Gəncəliyeva “Hamilə qadınlarda yumaqcıq filtrasiya sürətinin təyininin prioritet metodu”, ADHTİ-nin hemodializ laboratoriyasının müdiri, professor İ.Həmidov, H. Ağayev “Uzun müddət məcburi yataq rejimində olan xəstələrdə sidik turşusu, lipid, kalsium mübadilələrinin və parathormon səviyyəsinin tədqiqi” mövzularında məruzələrini təqdim ediblər.
Konfransda onkoloji xəstəliklərin kimyəvi preparatlarla müalicəsi zamanı böyrəklərin zədələnməsi, amiloid nefropatiyası, hemoreologiyanın yaxşılaşdırılmasının böyrəklərin xroniki xəstəliyinin konservativ müalicəsində rolu və digər mövzular müzakirə edilib. 

 

Z.BƏŞİRQIZI, 
“Xalq qəzeti”

 

 

16 2019 01:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə