Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya XİN: Qərbin sanksiyaları Suriyada humanitar vəziyyəti gərginləşdirir

Rusiya XİN: Qərbin sanksiyaları Suriyada humanitar vəziyyəti gərginləşdirir

Rusiya Suriyada barış üzrə komissiyanın fəaliyyəti çərçivəsində atəşkəs rejiminin 18 dəfə pozulduğunu qeydə alıb. Türkiyə isə 27 pozuntu halının qeydə alındığını bəyan edib. Bu barədə RF Müdafiə Nazirliyinin xüsusi bülletenində bildirilir. Məlumatı RİA “Novosti” verib. 

Rusiya–Türkiyə birgə komissiyasının RF hissəsi Həmada 8, Latakiyada 6, Hələbdə 1, İdlibdə 3, Türkiyə hissəsi isə Hələbdə 14, Latakiyada 3, İdlibdə 1, Həmada 9 pozuntu halı qeydə alıb.  
Nazirliyin məlumatına görə, son bir sutka ərzində atəşkəs rejiminə qoşulma ilə bağlı da heç bir razılaşma imzalanmayıb. Bununla da barışıq prosesinə qoşulanların sayı dəyişməyərək, 2518 olaraq qalıb. Atəşkəsə əməl edəcəyini bəyan etmiş hərbi birləşmələrin sayı da əvvəlki kimi qalıb – 234. 
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Suriyanın bərpası üçün vəsait toplayan və bu zaman ona qarşı sanksiyaları qüvvədə saxlayan Qərbin hərəkətlərini başa düşmək olmur. Xatırladaq ki, bu günlərdə Brüsseldə Avropa İttifaqı və BMT-nin himayəsi altında “Suriyanın və regionun gələcəyinə dəstək” adlı donor konfransı keçirilib. 
“Rusiya tərəfi Brüssel meydanından bir sıra Qərb ölkələrinin birtərəfli sanksiyalarının Suriyaya böyük zərər vurduğunu beynəlxalq ictimaiyyətin bütün məsuliyyətli üzvlərinin diqqətinə çatdırmaq üçün istifadə edib. Bu sanksiyalar Suriyada humanitar vəziyyəti daha da gərginləşdirir. Bu, tamamilə absurddur ki, bir tərəfdən, Suriya əhalisinə kömək üçün milyonlarla dollar pul toplanılır, onların fəlakətli vəziyyətdə olması barədə danışılır, qeyri-hökumət fondları yaradılır. Bu fond və strukturlara böyük məbləğdə pullar köçürülür, digər tərəfdən isə, bütün bunları bloklayan sanksiyalar tətbiq edilir. Bunlar axı bir-birinə tamamilə ziddir”, – deyə Zaxarova Moskvada keçirdiyi brifinqdə bəyan edib. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

16 2019 01:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə