Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pentaqon nədən ehtiyat edir?

750 milyard dollarlıq müdafiə büdcəsi

Pentaqon nədən ehtiyat edir?

“Associated Press” agentliyinin yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatları (ABŞ)  Müdafiə Nazirliyi (Pentaqon) Donald Tramp administrasiyasına göndərdiyi 750 milyard dollarlıq müdafiə büdcəsi layihəsinin detallarını açıqlayıb. 

Siyasi təhlilçilər qeyd edirlər ki, layihənin iki əsas məqsədi qarşıdakı 10 ildə ABŞ Silahlı Qüvvələrinin hərbi arsenalı Rusiya və Çinə yönəltmək cəhdlərini əks etdirir. Bu çərçivədə Pilotsuz Uçan Aparatların (PUA) istehsalına qoyulan investisiyanın həcminin artırılması planlaşdırılır.
Mənbənin məlumatına görə, 750 milyard dollarlıq büdcə təklifində qeyd edilib ki, Pentaqonun ehtiyacları üçün 718 milyard dollar, digər sahələrdə müdafiə məqsədləri üçün 32 milyard dollar (xüsusilə nüvə başlıqlı və hipersonik raket proqramları üçün – müəllif) nəzərdə tutulur.
Bildirilir ki, layihədə ölkənin nüvə arsenalının modernləşdirilməri, əsasən də Rusiya və Çinin  son illər səsdən sürətli raketlər istehsal etdiyi üçün nəzərdə tutulmuş proqramlara görə 32 milyard dollarlıq maddi vəsaitin xərclənməsi planlaşdırılır. Layihədə qeyd edilir ki, təkcə bu çərçivədə yeni “B-21” bombardmançı qırıcısının istehsalı üçün 3 milyard, yeni “Columbia” tipli nüvə enerjisi ilə işləyən sualtı gəminin hazırlanması üçün 2,2 milyard dollar maddi vəsait ayrılıb.
Bundan başqa, hava hücumundan müdafiə sistemlərini gücləndirmək məqsədilə yeni uzaqmənzilli nüvə raketləri üçün 700 milyon, qitələrarası ballistik raket arsenalının modernizasiyası üçün isə 600 milyon dollar təklif olunur.
Qeyd edək ki, büdcə layihəsində 11,2 milyard dollar isə “Lockheed Martin” şirkətinə 78 ədəd “F-35” qırıcısının istehsalına görə sifariş üçün nəzərdə tutulub. Eyni zamanda, köhnə “Boeing F-15” qırıcılarının 1,1 milyard dollar dəyərində yeni 8 versiyası üçün pul tələb edilib.

 

Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

 

16 2019 01:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin