Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Soyqırımı Memorial Kompleksinin təşəbbüsü ilə 31 mart azərbaycanlılarının soyqırımı ilə bağlı tədbir keçirilib

Soyqırımı Memorial Kompleksinin təşəbbüsü  ilə 31 mart azərbaycanlılarının soyqırımı ilə bağlı tədbir keçirilib

“31 Mart azərbaycanlıların soyqırımı” layihəsi çərçivəsində 2019-cu ilin yanvar ayından etibarən Qubada Soyqırımı Memorial Kompleksinin rəhbərliyinin təşəbbüsü və Qusar rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qusar rayonunun bir sıra ümumtəhsil müəssisələrində maarifləndirici silsilə tədbirlərin yekun tədbiri Qusar Peşə liseyində həyata keçirilib.

31 Mart soyqırımı qurbanlarının xatirəsi bir  dəqiqəlik sükutla yad edildikdən sonra, Qusar Peşə liseyinin tarix müəllimi Dadaşbalayeva Umli çıxış edib. O, bu cür tədbirlərin əhəmiyyətini qeyd edərək, gənc nəslin vətənpərvər ruhda böyüməsi və öz tarixini bilməsinin vacibliyini bildirib.

Kompleksin Elmi şöbəsinin müdiri Lətafət Beybutova son iki əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti barədə məruzə edib. O,  1918-ci ilin martında  Azərbaycanın müxtəlif bölgələrində, o cümlədə Qubada  erməni quldur dəstələri tərəfindən törədilmiş vəhşilikləri barədə tarixi faktlarla söz açıb.

Daha sonra Kompleksin əməkdaşı  Abutalib Turabov 1918-ci ilin mart-aprel aylarında erməni vandallarının Azərbaycan torpaqlarında, o cümlədən Quba qəzasında törətdikləri insanlıqdan uzaq cinayətlər barədə çıxış edib.
Liseyin direktoru İmaməddin Zəkiyev bu unudulmaz tarixin hər bir azərbaycanlı üçün qan yaddaşı olduğunu, gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.  Tədbir çərçivəsində  Quba soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilib və  liseyin rəhbərliyinə soyqırımı hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim olunub.

Qeyd edək ki, sözügedən layihə 2018-ci ildə qəbul edilib və 5 il ərzində həyata keçirilməsi nəzərdə tutulur.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

15 2019 17:47 -
18 May 2019 | 22:29
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə