Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir Azad Rəhimov Əbu Dabidə

Nazir Azad Rəhimov Əbu Dabidə

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu Dabi şəhərində start götürən  Dünya Xüsusi Olimpiya Oyunlarının açılış mərasiminə qatılıb. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində nazir Azad Rəhimov Abu Dabinin Vəliəhdi, BƏƏ-nin Silahlı Qüvvələrinin Ali Baş Komandanının  müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan,  BƏƏ-nin baş naziri və vitse prezidenti Şeyx Məhəmməd bin Rəşid Əl Məktum, Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri Timoti Şrayver, Avropa və Avrasiya Xüsusi Olimpiya Hərəkatının prezidenti Devid Evangelista, Serbiyanın gənclər və idman naziri Vanja Udovicic və Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Məhəmmədiulı ilə görüşlər keçirib.

Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü zamanı nazir Azad Rəhimov, Abu Dabi vəliəhdinə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin səmimi salamlarını və xoş arzularını çatdırıb.  Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan dərin təşəkkürünü bildirərək, öz növbəsində onun da salam və səmimi arzularının cənab Prezident İlham Əliyevə çadrırılmasını xahiş edib.

Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri Timoti Şrayver tədbirin açılış mərasimində çıxışı zamanı ötən il Bakıda keçirilən  Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu haqqında xüsusi olaraq danışıb.

 Bakı Forumunun Xüsusi Olimpiya Hərəkatının inkişafında müstəsna rol oynadığını bildirən Timoti Şrayver,  Azərbaycanın əqli məhdudiyyətləri olan və olmayan gənclərə verdiyi dəyəri nümayiş etdirdiyini, dünya şöhrətli ulduzların da məhz o müddətdə Bakıya səfər etdiklərini diqqətə çatdırıb.

Qedy edək ki, Dünya Xüsusi Yay Olimpiya Oyunlarında dünyanın 170-dən artıq ölkəsini təmsil edən 7 mindən artıq xüsusi olimpiya idmançısı iştirak edir. Azərbaycanı bu yarışda  56 idmançı on idman növündə təmsil edir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

15 2019 17:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin