Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsrailin sabiq XİN rəhbəri Fələstinlə münaqişənin nizamlanması üçün sülh müqaviləsi hazırlanmasını təklif edib

İsrailin sabiq XİN rəhbəri Fələstinlə münaqişənin nizamlanması üçün sülh müqaviləsi hazırlanmasını təklif edib

Fələstin-İsrail münaqişəsinin nizamlanması ilə bağlı hər iki tərəf üçün sülh müqaviləsi hazırlamaq lazımdır.

Bunu İsrail dövlət xadimi, keçmiş xarici işlər naziri Tsipi Livni VII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu çoxillik münaqişənin nizamlanması regionda və bütün dünyada sülhə gətirib çıxara bilər.

Qeyd edək ki, mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

15 2019 17:25 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə