Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-fevral aylarında ölkədə 11484,5 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib

Yanvar-fevral aylarında ölkədə 11484,5 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib

Bu ilin yanvar-fevral aylarında ölkədə 11484,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ÜDM istehsalının 47,2 faizi sənayenin, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 5,4 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 15,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1163,8 manata bərabər olub.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

15 2019 17:08 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin