Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qonşu ölkələrlə elektrik enerjisi sistemlərinin birləşdirilməsi planlaşdırılır

Qonşu ölkələrlə elektrik enerjisi sistemlərinin birləşdirilməsi planlaşdırılır

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir daha sonra bildirib:  “Azərbaycanla İran arasında enerji sahəsində əməkdaşlığımız xüsusi əhəmiyyət daşıyır. SOCAR və İranın NICO şirkəti arasında uğurlu əməkdaşlıq əlaqələri mövcuddur. Naxçıvan MR-in qazla təmin olunmasında əməkdaşlıq həyata keçirilir. “Xudafərin” və “Qız Qalası”, eləcə də “Ordubad və Marazad” SES və hidroqovşaqlarının tikintisi və istismarı üzrə “Birgə Texniki Komissiya”lar yaradılıb, bu istiqamətdə birgə iş aparılır. Eyni zamanda, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti tikilib. 2016-cı ildə Hökumətlər arasında elektrik enerjisinin satışı haqqında Çərçivə Sazişi imzalanıb, İranın Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlanılıb. Bununla yanaşı, İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi sistemlərinin birləşdirilməsi planlaşdırılır. Düşünürəm ki, Azərbaycan-İran-Türkiyə elektrik enerjisi dəhlizinin yaradılması məqsədilə həyata keçiriləcək tədbirlər üçtərəfli enerji əməkdaşlığını genişləndirməyə imkanlar yaradacaq”.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

15 2019 16:59 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin