Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat Musa Qasımlı: Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan daha da güclənib

Deputat Musa Qasımlı: Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan daha da güclənib

Hökumətin hesabatı göstərdi ki, ötən il həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dövləti daha da güclənib, əhalinin rifah halının yaxşılaşdırılması istqiamətində mühüm işlər görülüb. Bunun nəticəsində xalq-iqtidar birliyi daha da möhkəmlənib.

Deputat Musa Qasımlı parlamentin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı bildirib ki, gömrük və vergi sistemində həyata keçirilən islahatlar nəticəsində bərabər imkanların yaradılması islahatların fəlsəfəsində, mahiyyətində duran məsələdir.

M.Qasımlı ötən il dəmir yolu sisteminin inkişafında görülən işlərə də diqqət çəkib: “Beynəlxalq bazarlara çıxış, qeyri-neft sektorunun artması ötən ilin uğurlarından biridir. Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Əgər sabitlik olmasaydı, iqtisadi inkişaf olmaz, iqtisadi inkişaf olmasaydı, sosial müdafiə istiqamətində mühüm addımlar atılmazdı”.

15 2019 16:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə