Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəsəbələrinin yol infrastrukturu yenilənir

Qəsəbələrinin yol infrastrukturu yenilənir

Bakı şəhərinin və onun qəsəbələrinin yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan genişmiqyaslı işlər çərçivəsində Xəzər rayonu Mərdəkan qəsəbəsinin 4 küçəsində - 28 May küçəsinin 300 metrlik 2-ci döngəsində, 600 metrlik Ziya Bünyadov, 320 metrlik Yesenin və 270 metrlik Qurban İsmayılov küçələrində təmir-bərpa işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildiyinə görə,  təmir-tikinti işləri hazırda 4 küçədə - 1360 metrlik Dəmiryolçular, 2435 metrlik Qılman İlkin,1700 metr uzunluğunda olan Baba Əliyev və 750 metr uzunluğa malik Pioner küçələrində aparılır.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. Küçələr boyu yol yatağı profilə salınır, yol əsası tikilir və yeni asfalt-beton örtüyü döşənir.

Sadalanan işlər əsasən qəsəbə və yaşayış məntəqələrində vətəndaşların ümumi istifadəsində olan və payız-qış mövsümündə gediş-gəlişdə çətinlik yaşanan torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

15 2019 16:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 May 2019 | 22:27
ABŞ-da dağıdıcı tornado

Köhnə versiyamızdan xəbərləri izlə